Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək
10:58 16 İyun 2022
Energetika naziri Pərviz Şahbazov iyunun 24-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Femida.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov; əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
Oxunub: 267
Oxşar xəbərlər
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Nazir Ermənistanın enerji layihələrinə qoşulmasının şərtini açıqladı
- “Qaz və neft çox hələ çox istifadə olunacaq” - Energetika naziri
- Energetika naziri: “Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar, hazırdır”
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib
- Bu Nazirliyə bir ayda 547 müraciət daxil olub