Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
10:34 20 İyun 2022
Ermənistanın Araqasotn rayonunda atışma olub.
Bu barədə “Report” “NEWS.am”a istinadən xəbər verir.
Məlumata görə, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.
Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir.
Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Hüquq-mühafizə orqanlarından qeyd edilib ki, atışma Rusiyadaxili məsələ ilə bağlı olub. Bununla belə, polis təfərrüatı açıqlamaqdan imtina edərək, hadisə barədə daha sonra ətraflı məlumat verəcəyini bildirib.
Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.
"Politik.am" isə bildirib ki, "Vətəndaş sazişi" Partiyasının üzvlərindən biri Baş nazir Nikol Paşinyanı təhqir edən gəncləri atəşə tutub. Nəşrin məlumatına görə, atışma zamanı "Kalaşnikov" avtomatından istifadə edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 362
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb
- Ermənistanda bir gündə ikinci əsgər ölüb