Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib
12:36 30 İyun 2022
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
Femida.az xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
“Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, - komandanlıq bildirib.
Xatırladaq ki, İlan adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.
Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərək batırılıb. Bundan başqa, ada “Bayraktar” TB-2 PUA-larının daimi bombardımanı altında qalıb.
Oxunub: 372
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib