Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb


09:47     26 İyul 2022 2022/07/a38f31fa-74a8-378b-a29a-de24fb35b4be_850_1658814501.jpg

Quba sakini Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayıb.

Femida.azxəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb.

Quba rayonunun Dağlı kənd sakini Niyaməddin Qiyaməddin oğlu Qədirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Ülviyyə Teymur qızı Qədirovanı, Xaçmaz rayonunun Niyazoba kənd sakinləri: - qayınanası, 1965-ci il təvəllüdlü Zəkiyyə Nuruyevanı, qaynı, 1997-ci il təvəllüdlü Elçin Teymur oğlu Nuruyevi və baldızı, 1998-ci il təvəllüdlü Röya Teymur qızı Nuruyevanı bıçaqlayıb.

Yaralılar təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 419