Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
12:34 01 Noyabr 2022
Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsi, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə Bakı metrostansiyalarında 4 azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, R.Məmmədova öz qohumlarının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsilə inbzibati xəta haqqında protokol tərtib olunaraq toplanan materiallara baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib.
"Azyaşlıların valideynləri Polis Şöbəsinə dəvət olunaraq profilaktiki söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verilib", - məlumatda qeyd olunub.
Oxunub: 14411
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR
- Bakı hava limanında ölən şəxs görün, kimin oğlu imiş