Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb


10:13     03 Oktyabr 2022 22_10_03_1664777638.jpg

Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən "Real Hospital"da qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 11254