Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib


12:39     05 Oktyabr 2022 22_11_01_1667292312.jpg

04 oktyabr 2022-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “Şəhid və Qazi övladlarına psixoloji dəstək və onların asudə vaxtlarının səmərəli təşkili” layihəsi çərvivəsində tədbir keçirilib.
Qəbələ rayonundan olan şəhid və qazi övladlarının iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər bu cür layihələrin həyata keçirilməsindən şəhid və qazi övladlarının diqqətdə saxlanılması, onların asudə vaxtının səmərəli təşkili və vətənpərvərliyin təbliğ olunmasında mühüm əhəmiyyət kəsb etməsini qeyd ediblər.

Sonra "Virtual Qarabağ" İKT Mərkəzinin istehsal etdiyi "Mübariz İbrahimov" cizgi filmi nümayiş etdirilib, iştirakçılar arasında keçirilən musabiqədə uşaqlar şeir və musiqi parçaları səsləndiriblər. Sonda qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıblar.



Açar sözlər:

Oxunub: 7356