Saxlanılan nurçular Ali Məhkəməyə müraciət edib


22:17     01 İyun 2016 ali%20mehkeme.jpg

Azərbaycanda saxlanılan nurçuların barələrində olan hökmdən kassasiya şikayəti verilib.


Femida.az-ın məlumatına görə, kassasiya şikayətləri Ali Məhkəməyə təqdim edilib. Şikayətə yaxın günlərdə baxılacaq. Kassasiya şikayətində həmin şəxslərin barələrində bəraət hökmünün çıxarılması istənilib.

Qeyd edək ki, 2013-cü ilin aprelin Bakıda evdə toplantı keçirən 41 nurçu saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçuluğu təbliğ edən audio və video materiallar müsadirə olunub. Yasamal rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib.

Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, İsmayıl Məmmədov və Eldəniz Hacıyevin cəzası 2 il 6 aya endirilib, digər üç nəfər isə məhkəmə zalından azadlığa buraxılıb. Onların cəzaları şərti hesab edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1198