Saxlanılan şəxs damarlarını doğradı – Polis idarəsində


14:35     13 İyun 2016 polis%20idaresi%20yeni.jpg

Bakıda polis idarəsində intihara cəhd olub.


APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb. Orada saxlanılan Xəqani Məmmədov siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğrayıb.

Dərhal xəstəxanaya yerləşdirilən X. Məmmədovun qan itkisinin qarşısı alınıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1033