Metsamor haqqında yeni faktlar - İğdırdan çağırış (REPORTAJ)


15:37     02 İyun 2016 DSC05063.jpg

Femida.az-ın Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı qoşulduğu kampaniya davam edir.


Metsamor Atom Elektrik Stansiyasının bölgənin taleyi üçün nə qədər təhlükəli olması ilə bağlı Femida.az Ermənistanla 150 m məsafədə yerləşən İğdırın ictimai insanları ilə video reportajı təqdim edir.

ASİM DER –in sədri Göksəl Gülbəy:

Uzun müddətdir ki, erməni yalanları ilə mübarizə aparan dərnək eyni zamanda Metsamor Atom Elektrik Stansiyasının bağlanması üçün mütəmadi olaraq aksiyalar keçirib. Türkiyə Ekologiya Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi ilə birgə Metsamorun bölgəyə verdiyi zəırərlə bağlı araşdırmalar aparıb.




Meşə və Su İşləri Iğdır Şöbə müdiri Mete Türkoğlu:

Metsamor Atom Elektrik Stansiyasının Araz çayına verdiyi zərərlə bağlı araşdırma müəllifi. Mete Türkoğlu eyni zamanda Metsamor Atom Elektrik Stansiyasının bağlanması üçün kifayət qədər dəlil və əsaslı etiraz yazılarının , “Ağrı dağının florası” kitabının müəllifidir.




Bölgə Əczacılar Palatasının İğdır sədri Nazim Qaradağ (Qasımov):

Ailəsi erməni işğalçılarının zorakılığından Qərbi Azərbaycanın Ağrı vadisində, Gərnibasar mahalının Qəmərli rayonundan İğdır ərazisinə köçüb. Erməni Yalanları ilə Mübarizə Dərnəyinin qurucusu, İğdır-Azərbaycan Evi Dərnəyi başqanıdır. Metsamor Atom Elektrik Stansiyasından zərərçəkmiş ailələrin yeganə dərman təminatçısıdır.



Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 2134