Metsamor AES fəaliyyətini dayandırdı


16:32     14 Sentyabr 2016 429833_000aa.jpg

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırır.


AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu stansiyanın direktoru Movses Vardanyan bildirib.

Direktor vurğulayıb ki, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq: "Təmir işləri 61 gün davam edəcək və noyabrın 20-də yekunlaşacaq. Bu tarixdən sonra yenidən istismara veriləcək".

Qeyd edək ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bəyan edib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər.

Açar sözlər:

Oxunub: 1818