Qəddafinin xəncəri İstanbulda tapıldı


22:27     13 İyun 2016 qeddafi.jpg

İstanbulda qaçaqmalçılığa qarşı aparılan əməliyyat zamanı Liviyanın keçmiş lideri Muammer Qəddafinin sarayından qarət edildiyi iddia olunan xəncər ələ keçirilib.


Femida.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, xəncər 10 milyon dollara Səudiyyə Ərəbistanından olan iş adamına satılacaqdı.

Əməliyyat zamanı adları açıqlanmayan 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri xəncəri 3 ay əvvəl Liviyada 4 milyon 600 min dollara satın aldığını deyib.

Qeyd edək ki, sözügedən xəncər fil dişindən hazırlanıb. Xəncər zümrüd, yaqud, brilyant qaşları və qızıl işləmələrlə bəzədilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2663