Qəddafinin oğlu azadlığa çıxır
22:33 06 İyul 2016
Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin böyük oğlu Seyf əl-İslam Qəddafi amnistiyaya düşüb.
Femida.az `Reuters`ə istinadən xəbər verir ki, bu barədə Qəddafinin vəkilləri məlumat verib.
Xatırladaq ki, ötən il iyulun sonunda Tripoli məhkəməsi Qəddafi rejiminin 10 nümayəndəsi, o cümlədən oğlu Seyf əl-İslam Qəddafi barəsində ölüm hökmü çıxarmışdı.
Femida.az
Oxunub: 4284