Manatın devalvasiyası turistlərə təsir edəcəkmi? - ÖZƏL
21:52 28 Aprel 2015
“Manatın devalvasiyası xarici turizmi stimullaşdırıb”
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov femida.az saytına açıqlamasında deyib.
Ekspert bildirib ki, manatın devalvasiyası ölkəmizə gələn turistlərə müsbət təsir edəcək:
“Manatın məzənnəsinin aparıcı valyutalara nisbətən aşağı düşməsi xarici valyutaların ölkə bazarında dəyər qazanmasına gətirib çıxarıb. I Avropa Oyunları ərəfəsində xüsusən də, oyunlar keçirilən zaman manatın devalvasiyası fonunda daha çox turistin Azərbaycana gələcəyi planlaşdırılır.
Xarici turistlər gələn zaman öz pullarını manata çevirəndə daha çox manat əldə edəcəklər. Əgər əvvəllər bir turist ölkəmizə gələn zaman 1000 dollarını manata çevirdikdə 780 manat əldə edirdisə, indi isə təxminən 1050 manat əldə edir. Bu da imkan verir ki, xarici valyutası olan insanlar öz valyutası ilə daha çox xidmətlərdən yararana bilsin.”
Şahverdi Şirinli
Femida.az
Oxunub: 602
Oxşar xəbərlər
- Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA
- Pensiyaçılara veriləcək 200 manatın nə vaxt ödəniləcəyi açıqlanıb
- Hafiz Məmmədov borcundan 600 min manatını ödəyib, qalanını bir həftəyə ödəmək öhdəliyi götürüb
- Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib
- AMB: “Manatın ucuzlaşması müzakirə mövzusu deyil”
- Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib
- BSU-nun sabiq şöbə müdiri: "Xarici vətəndaşın 6 800 manatını Nurlana Əliyevaya verdim"
- "Manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankının mövqeyindən asılı olacaq" - Deputat
- Qaxda əlillik dərəcəsi vədi ilə vətəndaşların 17 min manatını mənimsəyən şəxs saxlanılıb
- Fərhad Mollazadə dəymiş ziyanın 2 milyon 300 min manatını ödəyib