Qaxda əlillik dərəcəsi vədi ilə vətəndaşların 17 min manatını mənimsəyən şəxs saxlanılıb
10:52 18 Oktyabr 2021
Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar Rəşid adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 17 000 manata yaxın pullarını ələ keçirdiyini bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, Qax rayonu Şotavar kənd sakini Rəşid Allahverdizadə saxlanılıb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
R.Allahverdizadənin respublikanın digər şəhər və rayonlarında da oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Qax Rayon Polis Şöbəsinə müraciət etmələri və ya (024)255-23-52 şəhər nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Oxunub: 943
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var