Bir gecədə 3 mağaza yarıldı


00:45     02 Sentyabr 2015 331069.jpg

"Qəhrəmanlar" daxil olduqları satış obyektlərindən qənimət olaraq nağd pula üstünlük veriblər.


Femida.az xəbər verir ki, rayon sakini Kamil Abdullayevin marketinin qapısını dəmir alətlərlə sındıran oğrular oradan iki yüz manat götürərək aradan çıxıblar.

Mağaza sahibi səhər saatlarında satış mərkəzinə gələrkən qapının açıq olduğunu və ətrafda iri dəmir parçası görüb. Mağazaya daxil olan zərərçəkən orada gecə saxladığı iki yüz manat nəğd pulun oğurlandığına şahidlik edib.

Rayon ərazisində daha iki mağazaya baş çəkən "qəhrəmanlar" oradan da müxtəlif məbləğdə pul götürüblər. Mağazalardan birində yerləşdirilən bankomatdan oğurluğa cəhd etsələr də, "qəhrəman"ların bu planı baş tutmayıb.

Qeyd edək ki, oğurluq baş verən mağazaların hər birində müşahidə kameraları hadisələri anbaan lentə ala bilib. Faktla bağlı Tovuz polisi araşdırmalara başlayıb.

Açar sözlər:

Oxunub: 507