Bir neçə sığorta agentinin lisenziyası ləğv edilib


18:21     02 Sentyabr 2015 Yoxlama%20nezaret%20imtahan_0.jpg

Azərbaycan Maliyyə Nazirliyi 3 sığorta agentinin müddətsiz lisenziyasını ləğv edib.


Femida.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc olunan məlumatda deyilir.

Məlumatda bildirilir ki, Maliyyə Nazirliyinin qərarı ilə şəxsi müraciətləri əsasında Alxaszadə Nicat Taleh oğlu, Əliyev Asiman Zülfüqar oğlu və Hüseynov Toğrul Hacı oğlunun lisenziyaları ləğv edilib.

Açar sözlər:

Oxunub: 590