Dünyanın ən populyar smartfonu bəlli oldu
23:32 24 Yanvar 2018
2017-ci ilin IV rübünün yekunlarına görə, dünyada ən çox satılan smartfon “iPhone X” olub. “Apple” bazara 29 milyon smartfon çıxarıb.
Femida.az xəbər verir ki, araşdırmanın nəticələri “Canalys” adlı müstəqil analitik şirkətin saytında dərc olunub.
“Noyabrın əvvəlində “Apple” şirkətinin satışda müəyyən problemlərlə üzləşməsinə baxmayaraq, noyabrın sonunda və dekabr ayında istehsalda nəhəng artım olub. Bu rübün sonuna şirkətə tələbatı tam ödəməyə, hətta onu üstələməyə imkan verib”, – deyə analitik Ben Stenton bildirib.
Bahalı “iPhone X”-in populyarlığı iki faktorla bağlıdır: kreditlərdən asanlıqla yararlanmaq imkanı və köhnə cihazların mübadiləsi proqramı. Belə ki, köhnə “iPhone” istifadəçisi öz smartfonunu təhvil verməklə, endirimlə yeni modeli əldə edə bilir.
Femida.az
Oxunub: 1107
Oxşar xəbərlər
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- "Nərmin işi"ndə şok detal: İlkinin telefonunda çılpaq videolara kim baxıb?
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
- ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub
- Türkiyə və İran XİN başçıları telefonla danışıb
- Zelenski və Conson arasında telefon danışığı olub
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub