Tarixin ən böyük oğurluğu - 17 min baş heyvanı apardılar


14:38     26 Yanvar 2018 18_01_26_1516948799.jpg


Türkiyədə tarixin ən böyük oğurluq hadisələrindən biri baş verib.

Femida.az xəbər verir ki, heyvan alverçisini aldadan şəxs onlara 43 milyon lirəlik zərər vurub.

"Bizə Kənd Təssərüfatı Nazirliyinin gənc fermerləri dəstək layihəsindən gəldiyini bildirdi. Bizə də ona inanaraq heyvanlarımızı sənəd qarşılığında satdıq. Amma apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu ad-soyadlı şəxs 10 il əvvəl ölüb. Bundan sonra polisə şikayət etdim", - deyə şikayətçilər bu barədə polisə bildirib.

Vətəndaşı aldadan şəxs 500 TIR dolusu, təxminən 17 min iribuynuzla heyvanı aldadaraq ələ keçirib. Onun həmin heyvanları Diyarbəkir və Şanlıurfaya apardığı ehtimal olunur.

Adı açıqlanmayan A.K ad-soyadlı heyvan alverçisi bildirib ki, həmin şəxsə inanıb. 50 qohumu isə ona kömək edib. Nəticədə 30 qohumu aldadılıb. A.K indi dövlətdən yardım istəyir./qaynarinfo

Femida.az

Açar sözlər: #Türkiyə   #qoyun   #oğurluq   #heyvan   #kənd  

Oxunub: 2641