Tramp Van Qoqun əsərini istədi, əvəzində unitaz təklif etdilər


17:35     26 Yanvar 2018 tramp4.jpg

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Solomon Quqqenhaym Muzeyindən Van Qoqun rəsmini istəyiblər, lakin bunun əvəzində onlara qızıl unitaz təklif olunub.


Femida.az xəbər verir ki, Tramplar məşhur rəssamın "Qarlı peyzaj" (1888-ci il) əsərini öz otaqlarında asmaq istəyiblər. "The Washington Post" qəzeti yazır ki, muzey rəhbərliyi nəzakətlə imtina edib, əvəzində isə müasir rəssam Maurisio Kattalenin "Amerika" adlı interaktiv işini - 18 karatlıq qızılla örtülmüş unitaz təklif olunub.

Qeyd edək ki, "Amerika" il ərzində muzeyin tualetində nümayiş olunub. Tənqidçilərin fikrincə, bu, ABŞ-da ifrat zənginliyi göstərən satirik işdir.

Femida.az

Açar sözlər:

Oxunub: 529