Beş mindən çox ödəyici qanunu pozdu


17:11     04 Aprel 2015 vergiler%20nazirliyi.jpg

Bu ilin mart ayı ərzində operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə keçirilən tədbirlər zamanı 5936 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.


Femida.az-ın məlumatına görə, Vergilər Nazirliyindən bildirilib ki, 849 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 181 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 684 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə razılıq almadan məşğul olduğu müəyyən edilib. 201 vergi ödəyicisi tərəfindən 277 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 33752 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 65 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. (AZƏRTAC

Femida.az 

Açar sözlər:

Oxunub: 686