Formula 1-in vaxtı dəyişdirildi


15:14     02 Fevral 2018 18_02_02_1517555737.jpg


2018-ci ildə keçiriləcək Formula-1 üzrə bütün Qran-Prilərin başlama saatı dəyişdirilib.

Femida.az xəbər verir ki, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 14:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-Pridən əvvəl daha çox reklam verə biləcəklər.

27-29 apreldə keçiriləcək Azərbaycan Qran-Prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

Femida.az

Açar sözlər: #Formula1   #idman   #Bakı  

Oxunub: 1220