"Formula 1"ə baxmağa gələn turist öldü


14:19     30 Aprel 2018 18_04_30_1525069216.jpg


Bakıda keçirilən "Formula 1" yarışlarını izləmək üçün Azərbaycana gələn turist qaldığı oteldə vəfat edib.

Femida.az-ın "Qafqazinfo"a istinadən verdiyi xəbərə görə, hadisə aprelin 29-u səhər 09:30 radələrində baş verib. İrlandiya vətəndaşı, 1957-ci il təvəllüdlü Allan Frederik "Tarqovı"da, Xəqani Ticarət Mərkəzində yerləşən "Centrum" oteldə otağında ölü tapılıb. O, ürək çatışmazlığından vəfat edib. A. Frederikin artıq çəkidən əziyyət çəkdiyi bildirilir.

Femida.az

Açar sözlər: #formula1   #idman   #turist  

Oxunub: 3360