Binəqədinin yeni icra başçısı kimin qardaşıdır?


20:20     06 İyun 2018 18_06_06_1528287788.jpg

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb.


Modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.

Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.

Femida.az qafqazinfo-ya istinadən bildirir ki, E. Allahverdiyev uzun müddət bank sektorunda çalışıb.

O, həmçinin Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Açar sözlər: #İcra_başçısı   VBinəqədi   #Elxan_Allahverdiyev  

Oxunub: 14724