Xaricdən gətirilən mobil cihazlara dövlət rüsumu tətbiq olunacaq
20:57 12 İyun 2018
Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu tətbiq olunacaq.
Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğinin hər il icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur.
Dəyişikliyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.
Layihədə bildirilir ki, hər il üçün mobil cihazların qeydiyyat alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Femida.az
Oxunub: 2470
Oxşar xəbərlər
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- "Nərmin işi"ndə şok detal: İlkinin telefonunda çılpaq videolara kim baxıb?
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
- ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub
- Türkiyə və İran XİN başçıları telefonla danışıb
- Zelenski və Conson arasında telefon danışığı olub
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub