Abel Məhərrəmovun milyonluq mülklərinin - Siyahısı
19:25 20 Noyabr 2018
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
Femida.az xəbər verir ki, “Unikal.org” 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış A. Məhərrəmovun Azərbaycanda dəyəri milyonlarla ölçülən mülkləri ilə bağlı araşdırma edib.
Məlum olub ki, eks-rektorun ümumilikdə villalarının sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı isə 2-dən çoxdur:
Binəqədidə Varovski deyilən ərazidə 2 villa;
Quba rayonunda – 1 villa;
Xızı rayonunda – 1 villa;
Nabranda – 1 villa - istirahət mərkəzi;
Şüvəlan qəsəbəsində – 1 villa;
Mərdəkan qəsəbəsində – 1 villa;
Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villa;
Nərimanov rayonunda yerləşən – “Monaliza” şadlıq sarayı;
8 mikrorayonda restoran.
Bununla belə, Abel Məhərrəmovun paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.
Oxunub: 2117
Oxşar xəbərlər
- Abel Məhərrəmov haradadır?
- Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən azad edildi
- Abel Məhərrəmov və Əli Abbasov toya görə cərimələndi
- Abel Məhərrəmovun vəziyyəti pisləşdi - Reanimasiyaya yerləşdirildi
- Abel Məhərrəmovu əvəz edən şəxsin adı dəqiqləşdi - Nazirlik təsdiqlədi
- Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı - Hər gün işə çıxır...
- Abel Məhərrəmovun 1 həftə vaxtı var
- Abel Məhərrəmov vəzifəsindən azad edildi
- Abel Məhərrəmov təhsil naziri ola bilər? - Açıqlama