Əlillərə qulluq edən şəxslərə aylıq pul veriləcək
22:30 15 Aprel 2019
Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalayıb.
Azvision.az xəbər verir ki, Fərmana əsasən “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis olunub və onun aylıq məbləği 50 manat müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə veriləcək və təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödəniləcək. Təqaüd bu məqsədlər üçün dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən ödəniləcək.
Fərmanda, həmçinin Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 1437
Oxşar xəbərlər
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Əlillərə avtomobillərin verilməsi ilə bağlı YENİ QAYDALAR
- Əlillərə qulluq edənlərin diqqətinə! - Sənəd qəbulu başladı
- Əlillərə 10 min reabilitasiya vasitəsi verilib
- Əlillərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?
- Əlillərə protez-ortopedik bərpa xidməti göstərilib
- Əlillərə verilən müavinət artırılacaq
- Əlillərə pulsuz hüquqi yardım göstərilib