Novxanıda 1 nəfər dənizdə batıb


19:17     02 Avqust 2019 boguldu.jpg

Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 542