Xalası oğlu üçün həbsxanaya "telefon" keçirmək istədi - TUTULDU
16:16 09 Sentyabr 2019
Bakı İstintaq təcridxanasına mobil telefon keçirməyə cəhd göstərilib.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verilib.
Məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilən məhkum Zərbəliyev Məhəmmədəli Rövşən oğluna xalası oğlu Laçın rayon sakini Fehruzlu Xaliq Natiq oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman "Bismak Moskva" sözləri yazılan peçenyənin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdə bir ədəd "Nokia" markalı mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Xalası qızını aldadan qadının işi məhkəməyə göndərilib
- Xalası oğlunu öldürən şəxsin məhkəməsi başlayır
- Xalası qızını öldürən şəxs 17 il azadlıqdan məhrum edilib
- Xalası oğlunu öldürən şəxs saxlanıldı
- Xalasının ərini öldürüb meşədə gizlətdi - Məhkəmə olacaq
- Xalasının ərini yumruqla öldürən "Kürd Vüqar" apellyasiya şikayəti verib
- Xalasının ərini öldürən şəxsin məhkəməsi başlayıb
- Xalası qızının boğazını kəsib, bıçağı sinəsinə sancdı - Azərbaycanda dəhşət
- Xalası oğlu ilə nişanlı olan qız özünü öldürdü - YENİLƏNİB
- Xalası oğlunu bıçaqladı