Xüsusi karantin rejimi günlərində bəzi poçt şöbələri işləməyəcək
12:33 13 İyun 2020
Nazirlər Kabinetinin 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar qərarına uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri fəaliyyət göstərməyəcək.
Femida.az bu barədə Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 14-15 iyun tarixlərində xidmət göstərməyəcək.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.
Femida.az
Oxunub: 848
Oxşar xəbərlər
- Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir
- Xüsusi təyinatlıların təlimində qəzalar baş verdiyi halda meyitin geri göndərilməsi qaydası müəyyənləşir
- Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO
- Xüsusi təyinatlıların təliminə dair anlaşma memorandumu təsdiqlənib
- Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində müxtəlif silahlardan atəş açıb - VİDEO
- Xüsusi təyinatlılara taktiki təlimlər keçirilib
- Xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ
- Xüsusi karantin rejiminin müddəti 1 sentyabrdək uzadıldı
- Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 22 il ötür
- Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi