Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadılıb
16:34 18 İyun 2020
2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı iyunun 21-i saat 23:59-dək uzadılır.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq edə bilərlər.
Bundan əlavə, 700-ə yaxın bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi ali təhsil müəssisələri tərəfindən “Tələbə-məzun” elektron məlumat bazasına daxil edilməyib. Ali təhsil müəssisələrinin məsul şəxsləri qeyd olunan vaxtadək ÜOMG-ni bazaya daxil etməlidirlər.
Xatırladaq ki, 18 iyun saat 16:00-a olan məlumata əsasən, 10 869 bakalavr (Azərbaycan bölməsi üzrə 10 073, rus bölməsi üzrə 796) öz ərizəsini təsdiq edib.
Müsabiqəyə yalnız 21 iyun saat 23:59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaq.
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
- Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
- Magistraturaya qəbul olanların nəzərinə
- Magistraturanın boş qalan yerlərinə qəbul elan edilib
- Magistraturaya qəbul nəticələri AÇIQLANDI
- Magistratura imtahanının nəticələri AÇIQLANDI
- Məleykə Abbaszadədən magistiratura imtahanı ilə bağlı AÇIQLAMA
- Bu gün magistiraturaya qəbul imtahanı keçiriləcək
- Magistiratura imtahanının birincisi: Bu, mənə ad günü hədiyyəsi oldu
- Magistraturaya qəbul imtahanının birinci mərhələsinin NƏTİCƏLƏRİ AÇIQLANDI