Prezidentin köməkçisi xarici KİV nümayəndələrinə həqiqətləri çatdırdı - BRİFİNQ
14:28 02 Oktyabr 2020
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyada akkreditə olunan dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Reuters, Voice of America, Financial Times, Frankfurter Allgemeine Zeitung, Die Welt, EFE, ABC Spain, Bloomberg, CNN, France Presse, RAI, Al Jazeera, Al Arabiya, Der Standard, Asahi və s.) videoformatda mətbuat brifinqi verib.
"Report" xəbər verir ki, o, xarici media nümayəndələrini Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə geniş məlumatlandırıb.
Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi mülki infrastrukturun məqsədyönlü şəkildə hədəfə alındığını diqqətə çatdırıb.
Habelə, H.Hacıyev Ermənistanın fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini, eləcə də ermənilərin hərbi əməliyyatlar zamanı mülki insanlardan qalxan kimi istifadə etməsi ilə bağlı səhih məlumatların olduğunu xüsusilə qeyd edib.
Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırmış və onları Azərbaycana dəvət edib.
Femida.az
Oxunub: 439
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib