TƏBİB KT cihazının işlək olmaması barədə iddialara cavab verib


17:40     21 Oktyabr 2020 2020/10/1603287471721_8Shjdvgj_1603287662.jpg

TƏBİB Elmi-Cərrahiyyə Mərkəzində KT cihazının işlək olmaması barədə iddialara cavab verib.

TƏBİB-dən Femida.az-a verilən xəbərə görə, sosial şəbəkələrdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində vətəndaşların müayinəsi üçün lazım olan kompüter tomoqrafiyası cihazının işlək vəziyyətdə olmaması barədə müzakirələr aparılır: “Mərkəzdə texniki səbəblərdən cihazın işləməsində qısamüddətli nasazlıq yaranıb. İstehsalçı şirkətin texniki servis mühəndislərinin müdaxiləsi ilə tezliklə yaranan problemlər aradan qaldırılacaq. Zərurət yarandığı hallarda diaqnostik məqsədlər üçün digər tibb müəssisələrinin potensialından istifadə edilir”.

Açar sözlər:

Oxunub: 459