TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib


14:22     09 Mart 2022 22_03_09_1646815650.jpg

“Azərbaycanda kliniki sınağı keçiriləcək “TURKOVAC” vaksini “SinoVac” vaksini ilə demək olar, eyni tərkibdədir”.

Femida.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib: “Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər”.

Açar sözlər:

Oxunub: 397