Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağrıldı


14:43     11 Noyabr 2020 sarkisyan-yigdi07.jpg

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla əlaqədar sabiq prezidentə bildiriş gəlib.

Bundan əvvəl “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın MTX-yə aparıldığı məlum olub.

Xatırladaq ki, Ermənistanda polis İrəvanın Azadlıq meydanında mitinqdə iştirak etmək istəyən fəalları və siyasətçiləri saxlayıb.


Femida.az

Açar sözlər:

Oxunub: 465