BMT Ermənistandakı vəziyyəti şərh edib


09:34     26 Fevral 2021 bmt8.jpg

“BMT Ermənistandakı hadisələrdən narahatdır, tərəfləri təmkinli olmağa və siyasi ziddiyyətləri dialoq yolu ilə həll etməyə çağırır”,

Femida.az xəbər verir ki, bunu BMT Baş katibinin Mətbuat xidmətinin rəhbəri Stefan Dujarrik brifinqdə bildirib.

BMT rəsmisi deyib ki, Ermənistanda gördüklərindən son dərəcə narahatdırlar: “Bütün tərəflərin sakit qalması çox vacibdir. Təmkin olmağa, gərginliyi azaltmağa və siyasi fikir ayrılıqlarını həll etmək üçün əhatəli dialoqa çağırırıq”.

O, əlavə edib ki, ölkədə konstitusiyaya və demokratiyaya tam hörmətlə edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 298