Qadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcək
12:54 06 Mart 2021
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi və əmək bazarında gender bərabərliyinin təmin olunması, milli qanunvericilikdə bununla bağlı beynəlxalq əmək standartlarına uyğun təkmilləşdirmələrin aparılması üçün yeni layihələr hazırlanıb.
Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, layihələrin təqdimatı və müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə videoformatda konfrans keçirilib.
Tədbirdə qeyd edilib ki, dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Hazırda dünyanın bir çox ölkələrinin qanunvericiliklərində qadın əməyi qadağan olunan peşə (vəzifə) və iş yerləri yoxdur. Qadınların məşğulluq və daha yüksək əmək haqqı almaq imkanlarının artırılması məqsədilə mütəmadi islahatlar aparılır.
Ölkəmizdə də bu məqsədlə Əmək Məcəlləsinin bəzi maddələrinə dəyişiklik edilməsi, qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərinin sayının ciddi şəkildə azaldılmaqla, beynəlxalq standartlara uyğunlaşdırılması üçün qanunvericilik layihələri hazırlanıb.
Konfransda yeni layihələr təqdim olunub, müzakirələr aparılıb.
Femida.az
Oxunub: 516
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Bakıda 39 yaşlı qadını avtomobil vurub
- Bakıda intim münasibət zamanı bədbəxt hadisə - Qadın xəstəxanaya düşdü