Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
12:09 01 Sentyabr 2022
Nəsimi rayonunda izini itirmək məqsədi ilə otel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb.
Bu barədə Femida.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik maddələrin satışına qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət etdiyi üçün məhkum olunmuş Əkbər Əkbərov və Məcid Dadaşov saxlanılıblar. Onların üzərinə baxış zamanı 36 ədəd psixotrop tərkibli metadon və preqabalın həbi, eləcə də külli miqdarda metamfetamin, heroin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotik maddələri tanışları Gülnar adlı şəxsdən aldıqlarını və onun təklifi ilə paytaxt ərazisində narkokuryerlik etdiklərini bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şirvan şəhər sakini olan Gülnar Əhmədova da tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.
Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 563
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb