Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır


21:45     30 Mart 2021 21_03_30_1617126359.jpg

Ermənistan prezidenti Armen Sarkisyan vəzifəyə başlayarkən ikinci vətəndaşlığını gizlətdiyi üçün qınaq hədəfinə çevrilib.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan 53 vəkilin bu barədə Baş Prokurorluğa müraciət etdiyini feysbukdan bildirib.

Belə ki, həmin ərizəyə görə, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşı olub və bununla da o, prezident seçilən şəxsin əvvəlki 6 il ərzində yalnız Ermənistan vətəndaşlığı daşımasına dair qanunun müddəasını pozub.

“Armen Sarkisyan yalnız Böyük Britaniya vətəndaşlığına 2012-ci ilin 1 mart tarixinədək xitam verilməsi halında Ermənistan prezidenti seçilə bilərdi”, - hüquqşünas vurğulayıb.

Açar sözlər:

Oxunub: 390