Peyvənd olunanların sayı açıqlandı


18:13     22 Aprel 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 077 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 872 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.

Femida.az

Açar sözlər: #vaksin  

Oxunub: 706