Bağlanmış bankların əmanətçilərinə 641 mln manatdan artıq kompensasiya ödənilib
11:15 03 May 2021
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24,7 min qorunan əmanətçisinə 641,449 milyon manat kompensasiya ödəyib.
Femida.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 9,8 min əmanətçisi 246,8 milyon manat, “Amrah Bank”ın 5,8 min əmanətçisi 140 milyon manat, “AGBank”ın 4,8 min əmanətçisi 121 milyon manat, “NBC Bank”ın isə 4,2 min əmanətçisi 133 milyon manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Femida.az
Oxunub: 767
Oxşar xəbərlər
- Bağlanmış bankların 24 min əmanətçisinə kompensasiya ödənilib
- Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon ödənilib
- Bağlanmış 4 bankın əmanətçilərinə 517 milyon manat kompensasiya ödənilib
- Bağlanmış bankların əmanətçilərinə 480 milyon manat ödənilib
- Bağlanmış banklarda pulu olanlara şad xəbər - Pullar qaytarılır
- Bağlanmış universitet dövlət idarəsini məhkəməyə verdi - SƏBƏB
- Bağlanmış banklarda kreditlərinin restrukturizasiyasına başlanılıb
- Bağlanmış iş yerlərinin təhlili aparılacaq
- Bağlanmış bu yol axşam açılacaq
- Bağlanmış bankların 11 maşını satışa çıxarıldı