ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır


15:21     06 May 2021 2021/05/trend_mina_blast_100221_18_1620300137.jpg

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən yeni mexaniki minatəmizləmə texnikalarının alınması nəzərdə tutulub.

Bunu Trend-ə açıqlamasında ANAMA-nın əməkdaşı Musa Məmmədov deyib. Onun sözlərinə görə, hazırda ANAMA-nın sərəncamında 6 ədəd mexaniki minatəmizləmə maşını var:

“Bundan əlavə 30 baş minaaxtaran itlər var ki, onlar hazırda əməliyyatlarda istifadə olunur. Bu gün minaaxtarma əməliyyatı üç üsulla həyata keçirilir. Bunlar əl ilə, itlərin köməyi ilə və minatəmizləyən texnikalarladır.

Hazırda yeni texnikaların alınması ilə bağlı ilkin işlər aparılır, yaxın zamanlarda bu barədə məlumatlar veriləcək”.

M.Məmmədov qeyd edib ki, texnikalar Türkiyə və daha əvvəl bu istiqamətdə əməkdaşlıq edilən digər ölkələrin şirkətlərindən alına bilər.

Açar sözlər:

Oxunub: 891