İtkin düşən 23 yaşlı qız Bakıda tapıldı


21:50     29 May 2021 2021/05/60b26-1622305721_1622310657.jpg

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb. O, ailəsinə təhvil verilib.

Qeyd edək ki, G.Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı.

Açar sözlər:

Oxunub: 1070