İtkin düşdüyü bildirilən şəxsin polis tərəfindən saxlanıldığı məlum olub


18:49     22 Fevral 2022 22_02_22_1645537796.jpg

Vətən müharibəsi qazisi Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir. K.Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib.

Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb.

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib.

Açar sözlər:

Oxunub: 581