Paytaxtda tibb mərkəzində yanğın olub
16:32 02 İyul 2021
Bakı şəhərinin Xətai rayonunda yerləşən "Bərpa” Tibb Mərkəzində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449 kv.m olan binanın yanar konstruksiyaları 14 kv.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər (xəstə) qatı tüstü olan ərazidən təxliyə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Paytaxtda yol qəzası olub, xəsarət alanlar var
- Paytaxtda 22 yaşlı gənci avtomobil vurub
- Paytaxtda hava dumanlı olacaq, rayonlarda yağış yağacaq
- Paytaxtda kütləvi dava olub, xəsarət alan var
- Paytaxtda avtomobil 21 yaşlı gəncə xəsarət yetirib
- Paytaxtda 66 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Paytaxtda daha bir məktəb distant təhsilə keçdi
- Paytaxtda niyə tıxac olur? - Açıqlama
- Paytaxtda "Rəmiş" və daha 13 narkotacir tutuldu - VİDEO
- Paytaxtda avtomobillər toqquşdu, xəsarət alan var