Nigeriyada silahlılar kəndə hücum edib, 18 nəfər ölüb


09:29     08 İyul 2021 2021/07/2cd8915f-268d-3842-a95e-addd396e5f1d_850_1625722224.jpg

Nigeriyanın Adamava ştatında yerləşən kəndə hücum edən silahlılar 18 nəfəri qətlə yetirib.

Femida.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Motosikletlərlə kəndə hücum edən şəxslər ətrafdakı insanlara atəş açıb, iki kilsəni və bir fərdi evi yandırıblar.

Son aylarda Nigeriyanın şimal-şərqində yaşayan əhaliyə silahlılar tərəfindən mütəmadi olaraq hücumlar edilir. Təkcə mart və aprel ayında 100-ə yaxın yerli sakin yaraqlıların açdığı atəşdən həyatını itirib.

Açar sözlər:

Oxunub: 855