Yanğınsöndürənlərimiz Muğlada 5 yerdə yanğını söndürür


13:31     08 Avqust 2021 2021/08/thumbs_b_c_284be84b19dcaa7faba650418a5a4df1_1628415235.jpg

Türkiyənin cənub-qərbində yerləşən Muğla əyalətində 5 yerdə davam edən meşə yanğınlarının qarşısının alınması istiqamətində işlər aparılır. Yanğın həm qurudan, həm də havadan söndürülür.

Femida.azAnadolu agentliynə istinadən xəbər verir ki, Muğlada meşə yanğınlarının söndürülməsinə 1000-dən çox yanğınsöndürən, 6 təyyarə, 39 helikopter, çoxlu sayda yanğınsöndürən maşın, "TOMA" avtomobilləri və digər avadanlıqlar cəlb edilib.

Ərazidə Azərbaycanın 1 helikopteri, 1 təyyarəsi və 300 yanğınsöndürəni fəaliyyət göstərir. Həmçinin, Rusiyaya məxsus 2 yanğınsöndürən təyyarə, İranın 1 təyyarəsi və 2 helikopteri, İspaniyanın isə 2 təyyarəsi yanğının geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində çalışır.

Femida.az

Açar sözlər: #Yanğın   #Türkiyə    

Oxunub: 511