DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
12:44 11 İyul 2022
Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Femida.az-a bildirib ki, dünən saat 17.30 radələrində Şabran rayonunun Ağalıq və Təzəkənd kəndləri arasındakı təxminən 50 hektarlıq biçilmiş taxıl sahəsində yanğın baş verib.
Dərhal Şabran Rayon Polis Şöbəsinin şəxsi heyəti həyəcan siqnalı ilə səfərbər edilərək güclü küləyin müşayiəti ilə yanan əraziyə cəlb olunublar. Eyni zamanda Yol Patrul Xidməti Alayının əməkdaşları yanğın baş verən ərazinin yaxınlığından keçən avtomobil yollarının istiqamətini dəyişərək sürücü və sərnişinləri daha təhlükəsiz, alternativ yollara yönləndiriblər.
Havanın isti və küləkli, ərazinin isə böyük olması yanğının qarşısını almaqda çətinlik yaradıb. Odur ki, yanğınla mübarizəyə ətraf rayonların – Xaçmaz, Xızı, Quba, Qusar və Siyəzən Polis şöbələrinin də əməkdaşları cəlb olunublar.
Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.
Polis əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb.
Oxunub: 547
Oxşar xəbərlər
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- DİN: "Sumqayıtda itkin düşən 84 yaşlı şəxs axtarılır"
- DİN: "Qarabağa səfər üçün kiməsə üstünlük hüququ yoxdur"
- DİN: “Azad edilən ərazilərdəki polis postlarına dərmanlar göndərilib”
- DİN: "Bu il oğurluq hadisələri 542 fakt azalıb"
- DİN: İmişlidə yanğın zamanı beş polis əməkdaşı tüstüdən zəhərlənib
- DİN: Ötən il balıq ovuna görə 102 fakt üzrə cinayət işi başlanıb
- DİN: 1360 maşın postlardan geri qaytarılıb