Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var


09:47     27 Sentyabr 2022 22_09_27_1664256161.jpg

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Binanın 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 3554