"91-lər"in üzvü olan keçmiş deputat vəfat edib


11:11     13 Avqust 2021 2021/08/8681D669-C780-45AC-9B52-9FE1AEFD7E96_1628838638.jpeg

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

Femida.az xəbər verir ki, 70 yaşında dünyasını dəyişən T.Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

O, 1999-2000-ci illərdə Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!



Femida.az

Açar sözlər: #Bakı   #Virus    

Oxunub: 1242